Avropa Gənclər Olimpiya Festivalından dönən cüdoçularımız havalimanında çoşqu ilə qarşılandı
25-29 iyulda Sloveniyanın Maribor şəhərində keçirilən XVII Avropa Gənclər Olimpiya Festivalının fərdi və qarışıq komanda yarışlarında yüksək nəticə əldə edən cüdolarımız Vətənə qayıdıb.
İdmançıları Heydər Əliyev Beynəlxalq Hava Limanında azarkeşlər, idman ictimaiyyətinin nümayəndələri, KİV təmsilçiləri, federasiyaların rəsmiləri və idmançıların yaxınları qarşılayıblar.
İdmançılarımızı qarşılamağa gələn azarkeşlər onları bayraqlarla, şəkilləri əks olunmuş plakatlarla və şüarlarla salamlayıblar.
Qeyd edək ki, Azərbaycan cüdoçuları fərdi yarışlarda 3 qızıl, 2 gümüş və 4 bürünc medal olmaqla 9 medal, qarışıq komanda yarışlarında isə gümüş medal qazanıblar.