Avropa Gənclər Olimpiya Festivalının ilk günündə cüdoçularımız 2 bürünc medal qazandı
25 iyulda Sloveniyanın Maribor şəhərində keçirilən XVII Avropa Gənclər Olimpiya Festivalının cüdo yarışları start götürüb. Yarışın ilk günündə qızlar və oğlanlar arasında 3 çəki dərəcəsində 3 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.
Oğlanlar arasında -50 kq. çəkidə Nihad Məmişov və -55 kq. çəkidə Ayxan Mirzəzadə yarışın bürünc medallarını əldə ediblər.
Qızlar arasında isə -44 kq. çəkidə Məryəm Bayramzadə yarışı 7-ci yerdə tamamlayıb.
İdmançılarımızı təbrik edirik!