ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Ayxan Mirzəzadə və Məhəmməd Musayev Avropa çempionu oldu

Ayxan Mirzəzadə və Məhəmməd Musayev Avropa çempionu oldu
Ayxan Mirzəzadə və Məhəmməd Musayev Avropa çempionu oldu
Ayxan Mirzəzadə və Məhəmməd Musayev Avropa çempionu oldu

Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatında Azərbaycan milli komandasının üzvləri Ayxan Mirzəzadə və Məhəmməd Musayev qızıl medal qazanıblar.

-60 kq çəki dərəcəsində mübarizə aparan Ayxan Mirzəzadə bütün rəqiblərinə qalib gələrək finala yüksəlib. Təmsilçimiz həlledici görüşdə Fransa cüdoçusu Lüsien Tiksyeni məğlub edərək gənclər arasında Avropa çempionu olub.

-66 kq çəki dərəcəsində çıxış edən Məhəmməd Musayev də turniri məğlubiyyətsiz başa vurub. Cüdoçumuz finalda Serbiya təmsilçisi Marko Yorqiçi ipponla üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Beləliklə, milli komandamız Avropa çempionatının ilk yarış gününü 2 qızıl medalla lider başa vurub.