ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Azərbaycan Avropa çempionatının medal sıralamasında liderdir

Azərbaycan Avropa çempionatının medal sıralamasında liderdir

Portuqaliyanın Odivelas şəhərində keçirilən yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatında Azərbaycan komandasının müstəsna çıxışı Avropa Cüdo Birliyinin (EJU) rəsmi saytında böyük diqqət çəkib.

Qeyd edək ki, idmançılarımız sonuncu dəfə 2000-ci ildə Rumıniyada keçirilən yeniyetmələr arasında Avropa çempionatı zamanı belə əlamətdar nəticələr əldə ediblər. Turnir zamanı idmançılarımız fiziki güc, yüksək taktiki və texniki hazırlıq və sarsılmaz əzmkarlıq nümayiş etdiriblər.

İdmançı Məhəmməd Məmişov (-50 kq.) rəqibi ilə 4 dəqiqə ərzində gərgin mübarizə apararaq, möhtəşəm qoşa qolla “sode tsurikomi qoşi” atışı ilə komandaya ilk qızıl medal qazandırdı.

Müəllifin sözlərinə görə, serbiyalı idmançı Marko Yorqiçin finala qədər göstərdiyi ilkin güclü çıxışlarına baxmayaraq, o azərbaycanlı idmançı Mirxaliq İskəndərovla (-55 kq.) rəqabət apara bilmədi və Mirxaliq görüşün sonunda möhtəşəm “kata-quruma” texnikası ilə komandanın aktivinə ikinci qızıl medal yazdırdı. 

-48 kq. çəki dərəcəsində mübarizə aparan idmançımız Vüsalə Hacıyevanın çıxışı məqalədə belə təsvir edilib: “"Hacıyeva Odivelasda ən yaxşı idmançı kimi çıxış edərək finalda üstünlüyünü sübut etdi. Şübhəsiz ki, Azərbaycan idmançısı israilli rəqibi ilə müqayisədə fiziki olaraq daha üstündür. Finalda Hacıyeva qüsursuz “seoi nage” atışını yerinə yetirdi və möhkəm “osaekomi” tutuşu ilə qələbəsini məharətlə qorumağı bacardı”.

-60 kq. çəki dərəcəsində idmançımız Məhəmməd Musayev və macarıstanlı idmançı Kollar Sebestyen arasında həyəcanlı mübarizə baş verdi: 

“Mübarizənin bitməsinə  5 saniyə qalmış Musayev əzmkarlıq nümayiş etdirərək “ippon” ilə rəqibinə qalib gəldi və Azərbaycan komandası 4-cü qızıl medal qazandı.”.

Məşqçilər korpusu və nümayəndə heyəti bu qələbəni böyük sevinclə, çiyin-çiyinə dayanaraq dövlət himnini qürurla oxuyaraq qeyd etdilər.

Yeniyetmə oğlanlardan ibarət milli yığmanın baş məşqçisi Rüstəm Alimli, məşqçi Nicat Şıxəlizadə və Azərbaycan Cüdo Federasiyasının prezidentinin müşaviri Natiq Bağırov komandanın əldə etdiyi nailiyyətlərdən razı qaldıqlarını bildiriblər. Bir ildir bu vəzifədə çalışan Rüstəm Alimli EJU-nun saytına müsahibəsində komandanın irəliləyişindən qürurlu olduğunu bildirib:

"Bu səhər məndən proqnozlarımı istəsəydiniz, iki qızıl medalı təqdirəlayiq nəticə hesab edərdim. Sabah isə, əlavə iki qızıl medaldan başqa heç nə gözləmirəm! Keçən il medallar sıralamasında Fransadan sonra ikinci yeri təmin etdik. İndi isə biz üç qızıl medal qazandığımız Poreçdəki  nailiyyətlərimizi üstələyirik”.

Müəllifin fikrincə, Azərbaycanın yeniyetmələrdən ibarət yığması bu dəfə Avropa çempionatında ciddi irəliləyiş nümayiş etdirib və bu templə onların yarışda yüksək pilləni təmin etmək ehtimalı yüksəkdir.

FOUR GOLD FOR AZERBAIJAN