ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Azərbaycan birinciliyi ərəfəsində məşqçilər və hakimlərlə iclas keçirildi

Azərbaycan birinciliyi ərəfəsində məşqçilər və hakimlərlə iclas keçirildi
Azərbaycan birinciliyi ərəfəsində məşqçilər və hakimlərlə iclas keçirildi

U-18 yeniyetmələr arasında Azərbaycan birinciliyinin hazırlıq işləri ilə əlaqədar Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi məşqçilər və hakimlərlə ayrı-ayrılıqda iclas keçirib.

İclasda Azərbaycan Cüdo Federasiyasının (ACF) Prezidentinin müşaviri Natiq Bağırov, baş katib Rəşad Rəsullu, ACF-in digər rəsmi nümayəndələri, hakimlər və məşqçilər iştirak ediblər. 

İclasda Azərbaycan birinciliyinə hazırlıq, turnirin təşkili məsələləri və yeni qaydalarla bağlı məlumat verilib. Turnirdə tibbi, təhlükəsizlik və nizam intizam məsələlərin yüksək səviyyədə təmin olunması vurğulanıb.

Həmçinin, iclas zamanı onlayn qeydiyyat sistemi və məlumat bazasının doldurulması ilə bağlı ətraflı məlumat verilib. Eyni zamanda, milli yığmanın məşqçi heyəti ilə birgə illik yerli və xarici yarışların müzakirəsi, yarışlara idmançı seçimi və yarışların formatı müzakirə olunub. ACF-in rəhbərliyi iclasın sonunda iştirakçıları maraqlandıran sualları cavablandırıb.

İclasdan sonra hakimlər və məşqçilərin iştirakı ilə seminar təşkil olunub.