ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Azərbaycan çempionatı start götürür

Azərbaycan çempionatı start götürür

29 noyabrda qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının fərdi yarışlarının ilk günü keçirilir.


Bakı İdman Sarayında baş tutan yarışın ilk günündə qadınlar və kişilər arasında 7 çəki dərəcəsində 178 cüdoçu medallar uğrunda mübarizə aparacaq.


Qadınlar arasında -63 kq., -70 kq., -78 kq. və +78 kq. çəki dərəcələrində, kişilər arasında -60 kq., -66 kq. və -73 kq. çəki dərəcələrinə qaliblər müəyyənləşəcək.


Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.


 İlkin görüşlər saat 9:00-da, final görüşləri isə 16:00-da keçiriləcək.


 Qeyd edək ki, çempionatın final görüşləri İdman TV kanalı vasitəsi ilə canlı yayımlanacaq.


İdmançılara uğurlar arzu edirik.


Bakı İdman Sarayı

29-30 noyabr, 1 dekabr

Arenaya giriş sərbəstdir.