Azərbaycan Çempionatına hazırlıq işlərinə dair iclas keçirilib
Qadınlar və kişilər arasında Azərbaycan çempionatına hazırlıq işləri ilə əlaqədar Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi məşqçilər və hakimlərlə ayrı-ayrılıqda iclas keçirib.
İclasda Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli, ACF Prezidentinin müşaviri Natiq Bağırov, baş katib Rəşad Rəsullu ilə yanaşı Azərbaycan Cüdo Federasiyasının nümayəndələri, hakimlər və məşqçilər iştirak ediblər.
Bakı İdman Sarayında keçirilən toplantıda Azərbaycan çempionatına hazırlıq, çempionatın təşkili məsələləri və yeni qaydalarla bağlı məlumat verilib. O cümlədən turnirin tibbi, təhlükəsizlik və digər vacib məsələləri barədə danışılıb. ACF rəhbərliyi iclasın sonunda iştirakçıları maraqlandıran sualları cavablandırıb.
Qeyd edək ki, çempionatın fərdi yarışları 2-4 dekabrda, komanda yarışları isə 5 dekabrda baş tutacaq.