ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Azərbaycan çempionatında fərdi yarışların sonuncu günü keçirilir

Azərbaycan çempionatında fərdi yarışların sonuncu günü keçirilir

4 dekabrda Bakı İdman Sarayın keçirilən qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatında 111 cüdoçu tatamiyə çıxacaq. Fərdi yarışların sonuncu günündə qadınlar -57 kq., -78 kq. və +78 kq. çəki dərəcələrində, kişilər isə -73 kq., -100 kq. və +100 kq. çəki dərəcələrində medalçılar bəlli olacaq. 

Azərbaycan çempionatının final görüşləri İdman TV kanalı vasitəsi ilə canlı yayımlanacaq. Qeyd edək ki, ilkin görüşlər saat 10:00-da, final görüşləri isə 16:30-da keçiriləcək.