ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Azərbaycan çempionatının ikinci yarış günü keçirilir

Azərbaycan çempionatının ikinci yarış günü keçirilir

30 noyabrda qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının fərdi yarışlarının ikinci günü keçirilir. Bakı İdman Sarayında baş tutan yarışın ikinci günündə qadınlar və kişilər arasında 7 çəki dərəcəsində 112 cüdoçu medallar uğrunda mübarizə aparacaq.

Qadınlar arasında -48 kq., -52 kq. və -57 kq. çəki dərəcələrində, kişilər arasında isə -81 kq., -90 kq., -100 kq. və +100 kq. çəki dərəcələrinə qaliblər müəyyənləşəcək.

Yarışları izləmək üçün arenaya giriş sərbəstdir. İlkin görüşlər saat 9:30-da, final görüşləri isə 16:00-da keçiriləcək.

Qeyd edək ki, çempionatın final görüşləri İdman TV kanalı vasitəsi ilə canlı yayımlanacaq.

İdmançılarımıza uğurlar arzu edirik!