Azərbaycan çempionatının ikinci yarış günü keçirilir
3 dekabrda Bakı İdman Sarayın baş tutan qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatında 107 cüdoçu mübarizəyə başlayıb. Yarışın ikinci günündə qadınlar -52 kq. və -70 kq, kişilər isə -66 kq. və -90 kq. çəki dərəcələrində medallar uğrunda mübarizə aparır.
Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.
Azərbaycan çempionatının final görüşləri İdman TV kanalı vasitəsi ilə canlı yayımlanacaq. Qeyd edək ki, ilkin görüşlər saat 09:30-da, final görüşləri isə 16:30-da keçiriləcək.
İdmançılarımıza uğurlar arzu edirik!