ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Azərbaycan çempionatının komanda yarışları keçirilir

Azərbaycan çempionatının komanda yarışları keçirilir

1 dekabrda cüdo üzrə Azərbaycan çempionatının komanda yarışları keçirilir. Bakı İdman Sarayında keçiriləcək yarışda qadınlar arasında 7 komanda, kişilər arasında isə 9 komanda kubok uğrunda mübarizə aparacaq.

Qadınların yarışında -52 kq., -57 kq., -63 kq., -70 kq. və +70 kq. çəkilərdə, kişilərin yarışında -66 kq., -73 kq., -81 kq., -90 kq. və +90 kq. çəki dərəcələrində ümumilikdə 104 cüdoçu gücünü sınayacaq.

Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.

İlkin görüşlər saat 9:30-da, final görüşləri isə 16:00-da keçiriləcək.

Qeyd edək ki, çempionatın komanda yarışlarının final görüşləri İdman TV kanalı vasitəsi ilə canlı yayımlanacaq.


İdmançılara uğurlar arzu edirik!