Azərbaycan çempionatının püşkü atılıb
2 dekabrda qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatı start götürür. Yarışda “Atilla”, “Cüdo Klub 2012”, “Neftçi” idman klubları, Gəncə şəhəri 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat məktəbi, Bakı şəhəri 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman məktəbi ilə yanaşı 63 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 395 cüdoçu medallar uğrunda mübarizə aparacaq.
Azərbaycan çempionatının final görüşləri İdman TV kanalı vasitəsi ilə canlı yayımlanacaq. Qeyd edək ki, ilkin görüşlər saat 10:00-da, final görüşləri isə 16:30-da keçiriləcək.
Yarışın nəticələrini, həmçinin ilkin və final görüşlərini bu linkdən canlı izləyə bilərsiniz - live.ijf.org
İdmançılarımıza uğurlar arzu edirik!