ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Azərbaycan çempionatının tarixi bəlli oldu

Azərbaycan çempionatının tarixi bəlli oldu

5–7 dekabr tarixlərində qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatı keçiriləcək.

Bakı İdman Sarayında baş tutacaq ilin vacib yerli turnirində ölkənin ən güclü cüdoçuları ümumilikdə 14 çəki dərəcəsində mübarizə aparacaqlar.

5–6 dekabrda fərdi mübarizələr, 7 dekabrda isə komandalararası yarış olacaq.

Arenaya giriş sərbəstdir. 

Yarışın təsnifat mərhələsini hər gün saat 10:00-dan, final blokunu isə 17:00-dan etibarən Azərbaycan Cüdo Federasiyasının rəsmi “YouTube” kanalından canlı izləyə bilərsiniz.