ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Azərbaycan Cüdo ailəsinə yeni idmançı qatıldı

Azərbaycan Cüdo ailəsinə yeni idmançı qatıldı

Azərbaycanın kişilərdən ibarət milli yığmasına yeni idmançı cəlb olunub. +100 kq. çəki dərəcəsində mübarizə aparan, 23 yaşlı idmançı Camal Qamzatxanov Beynəlxalq Cüdo Federasiyasının 19 avqust 2022-ci il tarixli qərarı ilə artıq Azərbaycan bayrağı altında çıxış edəcək. 

O, 10-11 sentyabr 2022-ci ildə İtaliyanın Rikkione şəhərində baş tutacaq böyüklər arasında Açıq Avropa turnirində ölkəmizi ilk dəfə təmsil edəcək.

Camal Qamzatxanov 2018-ci ildə gənclər arasında dünya çempionatında və 2019-cu ildə isə gənclər arasında Avropa çempionatında bürünc medal qazanıb.

Qeyd edək ki, idmançı 3 ilə yaxın müddətdir ki, Rusiya milli yığmasının tərkibində beynəlxalq yarışlarda iştirak etmirdi. 

İdmançımıza uğurlar arzu edirik və ailəmizə xoş gəldin deyirik!