Azərbaycan Cüdo Federasiyası 6 yaşından yuxarı uşaqları və gəncləri açıq havada keçiriləcək ustad dərsinə dəvət edir
3 sentyabr tarixində paytaxt Bakıda Heydər Əliyev Mərkəzinin parkında Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə cüdo üzrə ustad dərsi keçiriləcəkdir.
Ustad dərsi ACF-in vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədli və ACF Prezidentinin müşaviri, Dünya mükafatçısı Natiq Bağırov tərəfindən keçiriləcək. Həmçinin, tədbirdə Rüstəm Orucov, Səid Mollayi və Orxan Səfərov kimi tanınmış cüdoçularımız da iştirak edəcəklər.
Tədbir saat 18:00-da başlayacaqdır. 6 yaşdan yuxarı hər kəs idman geyimində tədbirdə ödənişsiz iştirak edə bilər.
Bu cür layihələrin həyata keçirilməsində ACF-in əsas məqsədi gənc nəslin fiziki və mənəvi sağlamlığına töhfə vermək, idmanla məşğul olan uşaqların, gənclərin sayını artırmaq və cüdo idman növünü təbliğ etməkdir.