Azərbaycan Cüdo Federasiyası daha bir neçə idman təşkilatına lisenziya verib
Azərbaycan Cüdo Federasiyası (ACF) idman təşkilatlarının lisenziyalaşdırması prosesini fəal şəkildə davam etdirir. Dekabrın 21-də ACF 31 idman təşkilatına beş il müddətinə lisenziya verib. Bu təşkilatlar qaydalara uyğun olaraq tələb olunan sənədləri təqdim edib və müəyyən edilmiş meyarlar əsasında seçilib.
ACF-in İdman direktoru Kamran Talıbov və İcraiyyə Komitəsinin üzvü Ağayar Axundzadə lisenziyanın mahiyyətindən və əhəmiyyətindən, idman təşkilatlarının öhdəliklərindən danışıb, lisenziya əldə edən idman təşkilatlarını təbrik ediblər.
Qeyd edək ki, ACF 2022-ci ilin avqust ayından etibarən ölkədə fəaliyyət göstərən cüdo üzrə idman klubları, cəmiyyətləri və təşkilatlarının lisenziyalaşdırılması prosesinə start verib. Hazırda lisenziyalaşdırılmış idman təşkilatının sayı 117-dir.
ACF bütün ölkə üzrə klubları və idman təşkilatlarını lisenziya almağa dəvət edir!