ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Azərbaycan Cüdo Federasiyası idman təşkilatlarının lisenziyalaşdırılması prosesini davam etdirir

Azərbaycan Cüdo Federasiyası idman təşkilatlarının lisenziyalaşdırılması prosesini davam etdirir

21 iyunda Azərbaycan Cüdo Federasiyası (ACF) tərəfindən 46 idman təşkilatına beş il müddətinə lisenziya verilib. Bu təşkilatlar qaydalara uyğun olaraq tələb olunan sənədləri təqdim edib və müəyyən edilmiş meyarlar əsasında seçilib.

ACF-in baş katibinin müavini Kamran Talıbov və ACF-in İcraiyyə Komitəsinin üzvü Ağayar Axundzadə lisenziyanın mahiyyətindən və əhəmiyyətindən, idman təşkilatlarının öhdəliklərindən danışıb, lisenziya əldə edən idman təşkilatlarını təbrik ediblər.

ACF bütün ölkə üzrə klubları və idman təşkilatlarını lisenziya almağa dəvət edir!