Azərbaycan Cüdo Federasiyası Kəmər dərəcələri üzrə rəsmi imtahan elan edir
Oktyabrın 24-ü Bakı İdman Sarayında Azərbaycan Cüdo Federasiyası (ACF) ilk dəfə Kəmər dərəcələri üzrə rəsmi imtahan təşkil edəcək. İmtahan bütün kəmər dərəcələri üzrə keçiriləcək.
Kimlər iştirak edə bilər?
İmtahan 7 yaşdan yuxarı cüdo ilə məşğul olanlar üçün açıqdır. Bu imtahan əsasən Bakı şəhərindən olan idmançılar üçün keçirilir. Ardınca Sumqayıt şəhəri də daxil olmaqla müxtəlif regionlarda da eyni kəmər imtahanları təşkil ediləcək. Paytaxtdakı imtahana qatılmaq istəyən region idmançılarının bütün xərcləri özləri tərəfindən ödənilməlidir.
Mən hansı kəmərə müraciət edə bilərəm?
Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaqdır. Məsələn: 12 yaşlı bir idmançı maksimum yaşıl kəmərə müraciət edə bilər. Həmin kəmər imtahanının sonunda münsiflər narıncı və sarı kəmərlərdən də sual verə bilər.
Imtahana necə hazırlaşmaq lazımdır?
Biz cüdoçuların müvafiq idman təşkilatlarında müəllimlərinin rəhbərliyi altında imtahana hərtərəfli hazırlaşmağı tövsiyə edirik. Həmçinin, cüdo klublarına göndərilmiş medotik vəsaitlərdən (poster və video materiallardan) istifadə edə bilərsiniz.
Kəmər İmtahanı nə üçün lazımdır?
Peşəkarlıq səviyyənizin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, həmçinin gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak edə bilməyiniz üçün kəmər imtahanını verməyiniz vacibdir.
İmtahanı uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək.
Imtahanın vaxtı:
Tarix: 24 oktyabr 2023-cü il
Məkan: Bakı İdman Sarayı
Qeydiyyat məlumatı:
Başlama tarixi - 9 oktyabr 2023
Son qeydiyyat tarixi - 20 oktyabr 2023
İmtahana qeydiyyat ödənişlidir və ACF-nin Judo Manager platforması vasitəsilə həyata keçirilir. Qeydiyyatla bağlı daha ətraflı məlumat üçün əlaqə vasitəsi: +994 50 467 55 04 (Əli Kərimov)
İmtahanların qiyməti:
Ağ-sarı kəmər - 30 AZN
Sarı kəmər - 30 AZN
Narıncı kəmər - 40 AZN
Yaşıl kəmər - 40 AZN
Göy kəmər - 50 AZN
Qəhvəyi kəmər - 50 AZN
Kəmər imtahanında iştirak edəcək bütün idmançılara uğurlar arzu edirik!