Azərbaycan Cüdo Federasiyasının 50 illik yubileyi münasibətilə Azərbaycan cüdosunun inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib
3 oktyabr 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Cüdo Federasiyasının 50 illik yubileyi münasibəti ilə idman mütəxəssislərinin təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan cüdosunun inkişafında xidmətləri olan Elnur Məmmədli və Sevda Qarayevaya “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilib və Tərlan Həsənov və Əhməddin Rəcəbli “Şöhrət” ordeni ilə təltif olunub. Həmçinin, Ceyhun Kələntərov “Tərəqqi” medalına layiq görülüb.