ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Azərbaycan Cüdo Federasiyasının (ACF) daha bir hakimi “A” kateqoriyalı hakim statusu qazandı

10-12 iyun 2022-ci il tarixlərində İspaniyanın Madrid şəhərində Beynəlxalq Cüdo Federasiyası (BCF) tərəfindən hakimlər üçün “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim adının alınması üçün imtahan keçirilib. 14 hakimin iştirakı ilə keçirilən  imtahan BCF-in hakimlər üzrə direktoru Daniel Florin Laskau və Avropa Cüdo Birliyinin  Hakimlər Komitəsinin sədri Aleksandr Yastkeviç  tərəfindən keçirilib. İmtahanda ACF-in hakimlər heyətinin üzvü Nazim Umbayev da iştirak edib.

Hakimlər nəzəri hissəyə dair imtahan veriblər. Daha sonra, həmin tarixlərdə keçirilən böyüklər arasında Açıq Avropa Kuboku yarışlarında görüşləri idarə edərək praktiki imtahan veriblər. Həm nəzəri, həm də praktiki imtahanı yüksək nəticə ilə keçən Nazim Umbayev “A” kateqoriyalı yüksək hakimlik lisenziyasını əldə edib.

Xatırladaq ki, cari ilin may ayında ACF-in hakimlər üzrə meneceri Mətin Rəhimli də “A” kateqoriyalı  hakim statusu qazanmışdır.

Azərbaycan Cüdo Federasiyası həm milli, həm də beynəlxalq səviyyədə hakimlərin peşəkarlıq səviyyəsinin artırılması, o cümlədən “A” və “B” kateqoriyalı beynəlxalq dərəcəli hakimlərinin sayının çoxaldılması istiqamətində sistemli və ardıcıl fəaliyyətini davam etdirəcəkdir.

Nazim Umbayevi Azərbaycan cüdo ailəsi adından təbrik edir, gələcək peşəkar fəaliyyətində yeni uğurlar arzu edirik.