Azərbaycan Cüdo Federasiyasının daha bir hakimi “A” kateqoriyalı hakim statusu qazandı
Polşanın paytaxtı Varşava şəhərində hakimlər üçün “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim adının alınması üçün imtahan keçirilib. İmtahanda Azərbaycan Cüdo Federasiyasının (ACF) hakimlər heyətinin üzvü Rəşad Əliyev də iştirak edib.
Hakimlər nəzəri hissəyə dair imtahan veriblər. Daha sonra, 24-25 fevralda keçirilən cüdo üzrə böyüklər arasında Açıq Avropa turnirində görüşləri idarə edərək praktiki imtahan veriblər. Həm nəzəri, həm də praktiki imtahanı yüksək nəticə ilə keçən Rəşad Əliyev “A” kateqoriyalı yüksək hakimlik lisenziyasını əldə edib.
Rəşad Əliyevi Azərbaycan cüdo ailəsi adından təbrik edir, peşəkar fəaliyyətində yeni uğurlar arzu edirik.