ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Azərbaycan Cüdo Federasiyasının daha bir hakimi “A” kateqoriyalı hakim statusu qazandı

Azərbaycan Cüdo Federasiyasının daha bir hakimi “A” kateqoriyalı  hakim statusu qazandı

Kanadanın Alberta əyalətinin Kalqari şəhərində Beynəlxalq Cüdo Federasiyası (BCF) tərəfindən hakimlər üçün “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim adının alınması üçün imtahan keçirilib. İmtahanda Azərbaycan Cüdo Federasiyasının (ACF) hakimlər heyətinin üzvü Akif Tahirov da iştirak edib.

Hakimlər nəzəri hissəyə dair imtahan veriblər. Daha sonra, 15-17 sentyabrda keçirilən böyüklər arasında Pan-Amerika və Okeaniya çempionatında görüşləri idarə edərək praktiki imtahan veriblər. Həm nəzəri, həm də praktiki imtahanı yüksək nəticə ilə keçən Akif Tahirov “A” kateqoriyalı yüksək hakimlik lisenziyasını əldə edib.

Qeyd edək ki, Akif Tahirov yarışda kişilər arasında -60 kq. çəkidə bürünc medal uğrunda görüşdə və -81 kq. çəkidə final görüşündə, qadınlar arasında isə -63 kq. çəki dərəcəsində final görüşündə hakimlik edib. Komanda yarışlarında isə final görüşlərində ədalət təmsilçiləri arasında yer alıb.

Azərbaycan Cüdo Federasiyası həm milli, həm də beynəlxalq səviyyədə hakimlərin peşəkarlıq səviyyəsinin artırılması, o cümlədən “A” və “B” kateqoriyalı beynəlxalq dərəcəli hakimlərinin sayının çoxaldılması istiqamətində sistemli və ardıcıl fəaliyyətini davam etdirəcəkdir.

Akif Tahirovu Azərbaycan cüdo ailəsi adından təbrik edir, peşəkar fəaliyyətində yeni uğurlar arzu edirik.