ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Azərbaycan Cüdo Federasiyasının hakimlər heyəti üçün "Münaqişəli vəziyyətlərin idarə olunması" mövzusunda təlim-seminar keçirilib

Azərbaycan Cüdo Federasiyasının hakimlər heyəti üçün "Münaqişəli vəziyyətlərin idarə olunması" mövzusunda təlim-seminar keçirilib

21 iyun Azərbaycan Cüdo Federasiyasının hakimlər heyəti üçün "Münaqişəli vəziyyətlərin idarə olunması" mövzusunda təlim-seminar təşkil olunub. 

Təlim zamanı peşəkar psixoterapevt Azad İsazadə tərəfindən hakimlərə münaqişəli halların daha effektiv həll olunması üçün xüsusi psixoloji biliklər və effektiv vasitələr haqqında məlumat verilib. 

Həmçinin, hakimlər mövzu ilə bağlı öz təcrübələrini bölüşüb və daha öncə yaşadıqları münaqişələri vəziyyətlərdə hansı üsullardan istifadə etdiklərini bildirərək mütəxəssis tərəfindən tövsiyələr alıblar.

Təlimin məqsədi, hakimlərin yerli və beynəlxalq yarışlarda  yaranan münaqişəli vəziyyətləri effektiv həll etməsidir.