ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Azərbaycan Cüdo Federasiyasının həkimlər heyətinin üzvü Ceyhun Əliyev London İdman Tibbi İnstitutunda təcrübə proqramına başlayıb

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) həkimlər üçün “İdman tibbi və reabilitasiya” magistr proqramının tələbələri Böyük Britaniyada 2 həftəlik təcrübə proqramına başlayıblar. 

Təcrübə proqramında, qeyd edilən proqram üzrə təhsil alan ACF-in həkimlər heyətinin üzvü Ceyhun Əliyev də iştirak edir. Tədris prosesi Londonda yerləşən İdman Tibbi İnstitutunda (Institute of Sports, Exercise and Health) həyata keçirilir.

UCL Universitetinin professoru, UCL-in İdman Tibbi İnstitutunun (Institute of Sports, Exercise and Health) aparıcı eksperti, Böyük Britaniyanın Kral Tibb Cəmiyyəti İdman Tibbi Bölməsinin vitse-prezidenti, idman tibbi üzrə Avropa standartının müəllifi, Beynəlxalq Olimpiya Komitəsinin tibbi eksperti Maykl Pol Luzmor magistrantlarımıza yuxarı və aşağı ətraf zədələri, onların reabilitasiyasında istifadə edilən müasir yanaşmalar və bu istiqamətdə aparılan son elmi nailiyyətlər haqqında geniş məlumat verib. Nəzəri məlumatlarla yanaşı, tələbələrin praktiki bacarıqlara yiyələnməsinə də xüsusi diqqət ayrılıb.

ACF olaraq Ceyhun Əliyevə magistr proqramını uğurla başa vurmasını arzulayırıq!