ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Azərbaycan Cüdo Federasiyasının prezidenti Qax cüdoçuları ilə görüşüb

12 sentyabr 2022-ci il tarixində Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev Qax rayonundan olan məşqçilər və cüdoçular ilə görüşüb. 

Görüş zamanı ACF Prezidentinə məlumat verilib ki, Qaxda 50 nəfərə yaxın gənc və yeniyetmə cüdo idman növü ilə məşğul olur. Federasiya Prezidenti bölgədə idmançılar üçün yaradılan şəraitlə tanış olub və maddi-texniki bazanın təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarını verib, məşqçi müəllimlərin uşaqlar və yeniyetmələrlə işlərini müasir tələblərə uyğun qurmaları üçün tövsiyələrini bildirib.

Rəşad Nəbiyev cüdonun daha da kütləviləşdirilməsi ilə uşaqların, yeniyetmələrin və gənclərin həm fiziki, həm də mənəvi cəhətdən sağlam yetişmələrinə dəstəyin göstərilməsinin Azərbaycan Cüdo Federasiyasının fəaliyyətinin əsas məqsədlərindən biri olduğunu qeyd edib.

Görüş zamanı ACF prezidenti regionlarda cüdonun daha da inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparıb  və müvafiq qərarlar verilib.