ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Azərbaycan cüdoçoları Avropa çempionatının ikinci günündə 3 medal əldə etdi

Azərbaycan cüdoçoları Avropa çempionatının ikinci günündə 3 medal əldə etdi

Portuqaliyanın Odivelas şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatının ikinci günündə cüdoçularımız 1 qızıl və 2 bürünc medal qazanıb.

Oğlanlar arasında -66 kq. çəkidə Əbil Yusubov qızıl medal, eyni çəkidə digər cüdoçumuz Mehdi Cəfərov bürünc medal əldə ediblər.

Qızlar arasında -52 kq. çəkidə yarışan cüdoçumuz Xədicə Qədəşova isə bürünc medalını qazanıb. -57 kq. çəkidə Fidan Qasımova isə 7-ci yerə çıxıb.

İdmançılarımızı təbrik edirik!