ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Azərbaycan cüdoçular Avropa çempionatında 1 qızıl, 2 gümüş və 3 bürünc medal əldə etdi

Azərbaycan cüdoçular Avropa çempionatında 1 qızıl, 2 gümüş və 3 bürünc medal əldə etdi

Cüdoçularımız Niderlandın Haaqa şəhərində keçirilən gənclər arasında Avropa çempionatında 1 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıb. 

Fərdi yarışların sonuncu günündə oğlanlar arasında -73 kq. çəki dərəcəsində Vüqar Talıbov çempionatın gümüş medalına sahib olub. 

Oğlanlar arasında +100 kq. çəkidə Kənan Nəsibov 5-ci yerdə, qızlar arasında +78 kq. çəkidə Nigar Süleymanova 7-ci yerdə yarışı başa vurublar.

Nəticələrə görə, cüdoçularımız çempionatı ümumi hesabda 4-cü, oğlanlar arasında isə 3-cü, qızlar arasında isə 13-cü yerdə başa vurub.