Azərbaycan cüdoçuları Antalya Böyük Dəbilqə turnirində iştirak edəcək
29-31 martda Türkiyənin Antalya şəhərində Böyük Dəbilqə turniri keçiriləcək. Üç gün davam edəcək turnirdə 94 ölkədən 600-dən çox cüdoçu medallar uğrunda mübarizə aparacaq. Azərbaycanın cüdo üzrə milli yığma komandası yarışda 6 çəki dərəsində 9 idmançı ilə təmsil olunacaq.
Cüdoçulara mötəbər yarışda böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçi Elçin İsmayılov və məşqçi Rüstəm Alimli rəhbərlik edəcək.
Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.
-60 kq.
Əhməd Yusifov
-66 kq.
Ruslan Paşayev
Rəşad Yelkiyev
-73 kq.
Rəşid Məmmədəliyev
Vüsal Qələndərzadə
-81 kq.
Ömər Rəcəbli
-90 kq.
Vüqar Talıbov
+100 kq.
Uşanqi Kokauri
Camal Qamzatxanov
İdmançılarımıza uğurlar arzulayırıq!