ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Azərbaycan cüdoçuları Antalya Böyük Dəbilqə turnirində iştirak edəcək

Azərbaycan cüdoçuları Antalya Böyük Dəbilqə turnirində iştirak edəcək

Azərbaycan cüdoçuları 31 mart – 2 aprel tarixlərində Türkiyənin Antalya şəhərində keçiriləcək Böyük Dəbilqə turnirində iştirak edəcək. 

Üç gün davam edəcək turnirdə 85 ölkədən 600-dən çox idmançı medallar uğrunda mübarizə aparacaq. Azərbaycan cüdo üzrə milli yığma komandası yarışda 9 çəki dərəsində 12 kişi və 4 qadın ilə təmsil olunacaq.

Cüdoçular performans direktoru Mark van der Ham, böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyüklərdən ibarət yığmanın böyük məşqçi Elçin İsmayılov, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və böyük performans analitik Zaur Babayevin rəhbərliyi altında çıxış edəcək.


Qadınlar


-48 kq. 

Leyla Əliyeva 

Könül Əliyeva 


-52 kq. 

Gültac Məmmədəliyeva 


-57 kq. 

Fidan Əlizadə


Kişilər


-60 kq. 

Kəramət Hüseynov 

Nazir Talıbov  


-66 kq. 

Orxan Səfərov 

Yaşar Nəcəfov 


-73 kq. 

Hidayət Heydərov 

Nurlan Osmanov 


-81 kq. 

Səid Mollayi 

Zelim Tçkayev 


-90 kq. 

Məmmədəli Mehdiyev 

Murad Fətiyev 


+100 kq. 

Uşanqi Kokauri  

Camal Qamzatxanov