Azərbaycan cüdoçuları Astana Böyük Dəbilqə turnirində iştirak edəcək
Beynəlxalq Cüdo Federasiyasının təqviminə görə növbəti Böyük Dəbilqə turniri 16-18 iyunda Qazaxıstanın paytaxtı Astana şəhərində keçiriləcək.
Üç gün davam edəcək turnirdə 42 ölkədən 300-dən çox idmançı medallar uğrunda mübarizə aparacaq. Azərbaycan cüdo üzrə milli yığma komandası yarışda 9 çəki dərəsində 13 kişi və 4 qadın idmançı ilə təmsil olunacaq.
Cüdoçular böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyüklərdən ibarət yığmanın böyük məşqçi Mehman Əzizov, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və böyük performans analitik Zaur Babayevin rəhbərliyi altında çıxış edəcək.
Kişilər
-60 kq.
Kənan İsmayılov
Nazir Talıbov
-66 kq.
Kəramət Hüseynov
Kamran Süleymanov
-73 kq.
Telman Vəliyev
Rəşid Məmmədəliyev
-81 kq.
Məhərrəm İmamverdiyev
Zelim Tçkayev
-90 kq.
Vüqar Talıbov
Elcan Hacıyev
-100 kq.
Aslan Mirzəyev
+100 kq.
Uşanqi Kokauri
Camal Qamzatxanov
Qadınlar
-48 kq.
Leyla Əliyeva
Ramilə Əliyeva
-52 kq.
Aydan Vəliyeva
Gültac Məmmədəliyeva
İdmançılarımıza uğurlar arzulayırıq!