Azərbaycan cüdoçuları Avropa çempionatının ikinci günündə 4 medal qazandı
Bu gün, yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatının ikinci günündə 6 cüdoçumuz 4 çəki dərəcəsində güclərini sınayıb. Oğlanların mübarizəsində 3 idmançımız Avropa çempionatının üçüncüsü adına layiq görülüb. Belə ki, -66 kq. çəki dərəcəsində Əbil Yusubov və Nicat Nağıyev, -73 kq. çəki dərəcəsində Əli Hacızadə bürünc medal qazanıblar. Qızlar arasında isə -57 kq. çəki dərəcəsində yarışan cüdoçumuz Fidan Əlizadə bütün rəqiblərini məğlub edərək Avropa çempionu adına layiq görülüb.
İki günün nəticələrinə əsasən idmançılarımız çempionatda medal sayında və əyarında görə birinciyini qoruyub saxlayıb. Qeyd edək ki, cüdoçularımız Avropa çempionatında ümumilikdə 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıblar.
İdmançılarımızı təbrik edirik!