Azərbaycan cüdoçuları Avstriya Qran Pri turnirində iştirak edəcək
8-10 martda Avstriyanın Linz şəhərində Qran Pri turniri keçiriləcək. Üç gün davam edəcək turnirdə dünyanın 82 ölkəsindən 568 idmançı iştirak edəcək. Azərbaycan cüdo üzrə milli yığma komandası yarışda 4 çəki dərəsində 2 kişi və 3 qadın idmançı ilə təmsil olunacaq.
Cüdoçularımıza böyüklərdən ibarət yığmanın böyük məşqçisi Slavko Tekiç və qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov rəhbərlik edəcək.
Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.
Qadınlar
-52 kq.
Gültac Məmmədəliyeva
Aydan Vəliyeva
-63 kq.
Aytac Qardaşxanlı
Kişilər
-73 kq.
Rəşid Məmmədəliyev
+100 kq.
Camal Qamzatxanov
İdmançılara uğurlar arzulayırıq!