ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Azərbaycan cüdoçuları Bakı Böyük Dəbilqə turnirinin ilk günündə 1 qızıl və 1 gümüş medal qazandılar

Azərbaycan cüdoçuları Bakı Böyük Dəbilqə turnirinin ilk günündə 1 qızıl və 1 gümüş medal qazandılar
Azərbaycan cüdoçuları Bakı Böyük Dəbilqə turnirinin ilk günündə 1 qızıl və 1 gümüş medal qazandılar

Sentyabrın 22-də Milli Gimnastika Arenasında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan Bakı Böyük Dəbilqə turnirinin ilk yarış günü keçirilib. 

Turnirin ilk günü qadınlar arasında -48 kq., 52 kq. və -57 kq. çəki dərəcələrində 5 cüdoçumuz, kişilər arasında isə -60 kq. və -66 kq. çəki dərəcələrində 8 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.

Qadınlar arasında -48 kq. çəki dərəcəsində yarışan cüdoçumuz Leyla Əliyeva final görüşündə İtaliya təmsilçisi Assunta Skutto ilə güclərini sınayıb. Nəticədə Leyla turnirin gümüş medalına sahib olub.

Kişilər arasında -66 kq. çəki dərəcəsində yarışan cüdoçumuz Yaşar Nəcəfov finalda Yaponiya təmsilçisi Takeşi Takeoka ilə üzləşib. Yaşar yaponiyalı rəqibinə qarşı Klassik Kumi-katadan uçi-mata fəndi işlədərək ippon ilə parlaq qələbə əldə edib.

İdmançılarımızı təbrik edirik!