ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Azərbaycan cüdoçuları Çenqdu 2021 Ümumdünya Universiada Oyunlarının bürünc medalını qazandı

Azərbaycan cüdoçuları Çenqdu 2021 Ümumdünya Universiada Oyunlarının bürünc medalını qazandı

1 avqustda Çinin Çenqdu şəhərində keçirilən 31-ci Ümumdünya Yay Universiadasında Azərbaycanın cüdo üzrə milli yığması komanda yarışlarında bürünc medal əldə edib.

Komanda yarışlarında Kənan İsmayılov (-66 kq.), Rəşid Məmmədəliyev (-73 kq.), Məhərrəm İmamverdiyev (-81 kq.), Elcan Hacıyev (-90 kq.), Ruslan Nəsirli (+90 kq.) və Toğrul Salmanov (+90 kq.) tatamiyə çıxıb.

Cüdoçularımız ilk görüşdə Amerika Birləşmiş Ştatları yığmasını 3:1 hesabı ilə, ¼ finalda Fransa yığmasını 3:2 hesabı ilə məğlub edib. Azərbaycan komandası yarımfinalda Özbəkistan yığması ilə qarşılaşıb, nəticədə cüdoçularımız az fərqlə məğlub olub. İdmançılarımız üçüncü yer uğrunda mübarizədə Monqolustan komandasına 3:1 hesabı ilə qalib gələrək bürünc medal qazanıb.

Qeyd edək ki, idmançılarımız fərdi yarışlarda 1 gümüş və 2 bürünc medala sahib olub.

İdmançılarımızı təbrik edirik!