ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Azərbaycan cüdoçuları dünya Kata çempionatında iştirak edəcək

Azərbaycan cüdoçuları dünya Kata çempionatında iştirak edəcək

 

Azərbaycan cüdoçuları 9-10 noyabrda Amerika Birləşmiş Ştatlarının Las-Veqas şəhərində keçiriləcək dünya Kata çempionatında iştirak edəcək.


32 ölkədən 282 idmançının iştirak edəcəyi yarışda Azərbaycan 6 idmançı ilə təmsil olunacaq. Cüdoçularımız “Nage-no-Kata” və “Katame-no-Kata” üzrə fəndləri nümayiş etdirəcək.


Nage-no-Kata


Malik Alahverdiyev - tori (hücum edən idmançı) 

Samir İsmayılov - uke (hücum edilən idmançı) 


İsmayıl Rzayev - tori 

İbrahim Aslanov - uke


Katame-no-Kata


Rafiq Nəcəfov - tori 

Əmrah Əhmədov – uke


İdmançılarımıza uğurlar arzulayırıq!