ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Azərbaycan cüdoçuları Düşənbə Qran Pri turnirində iştirak edəcək

Azərbaycan cüdoçuları Düşənbə Qran Pri turnirində iştirak edəcək

2-4 iyunda Tacikistanın paytaxtı Düşənbə şəhərində cüdo üzrə Qran Pri turniri keçiriləcək.

Üç gün davam edəcək turnirdə 40 ölkədən 300-dən çox idmançı medallar uğrunda mübarizə aparacaq. Azərbaycan cüdo üzrə milli yığma komandası yarışda 7 çəki dərəsində 9 kişi və 3 qadın ilə təmsil olunacaq.

Cüdoçular böyüklərdən ibarət yığmanın böyük məşqçiləri Elçin İsmayılov və Mehman Əzizov, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və böyük performans analitik Zaur Babayevin rəhbərliyi altında çıxış edəcək.


Kişilər


-60 kq. 

Turan Bayramov 

Rövşən Əliyev 


-66 kq. 

Yaşar Nəcəfov 

Ruslan Paşayev 


-73 kq. 

İbrahim Əliyev 

Nurlan Osmanov 


-90 kq. 

Vüqar Talıbov 

Elcan Hacıyev 


+100 kq. 

Camal Qamzatxanov 


Qadınlar


-48 kq. 

Leyla Əliyeva 

Könül Əliyeva 


-52 kq.

Gültac Məmmədəliyeva 


İdmançılarımıza uğurlar arzulayırıq!