ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Azərbaycan cüdoçuları Əbu-Dabi Böyük Dəbilqə turnirində 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazandı

11-13 oktyabrda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən Böyük Dəbilqə turnirində cüdoçularımız 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb. Azərbaycan yığması yarışda medal əyarına görə ümumi hesabda 4-cü, kişilər arasında 2-ci yeri tutub.

Üç gün davam edən turnirdə Azərbaycan cüdo üzrə milli yığma komandası 8 çəki dərəsində 12 kişi və 2 qadın idmançı ilə təmsil olunub.

Kişilər arasında Zelim Tçkayev (-81 kq.) bütün rəqiblərini məğlub edərək qızıl medalın sahibi olub. Uşanqi Kokauri (+100 kq.) gümüş medal, Murad Fətiyev (-90 kq.) bürünc medal qazanıblar. Rəşid Məmmədəliyev (-73 kq.) 5-ci, Rəşad Yelkiyev (-66 kq.) və Ömər Rəcəbli (-81 kq.) yarışı 7-ci sırada tamamlayıblar. 

Qadınlar arasında isə Acelya Toprak (-57 kq.) bürünc medal qazanıb, Leyla Əliyeva (-48 kq.) 7-ci yerdə qərarlaşıb.

İdmançıları təbrik edirik!