Azərbaycan cüdoçuları Əbu-Dabi Böyük Dəbilqə turnirində iştirak edəcək
Beynəlxalq Cüdo Federasiyasının təqviminə görə növbəti Böyük Dəbilqə turniri 11-13 oktyabrda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçiriləcək.
Üç gün davam edəcək turnirdə 30 ölkədən 232 cüdoçu medallar uğrunda mübarizə aparacaq. Azərbaycan cüdo üzrə milli yığma komandası yarışda 8 çəki dərəsində 12 kişi və 2 qadın idmançı ilə təmsil olunacaq.
Cüdoçular böyüklərdən ibarət yığmanın böyük məşqçiləri Elçin İsmayılov və Slavko Tekiç və qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədovun rəhbərliyi altında çıxış edəcək.
Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.
Yarışda iştirak edəcək heyəti təqdim edirik:
Qadınlar
-48 kq.
Leyla Əliyeva
-57 kq.
Acelya Toprak
Kişilər
-60 kq.
Balabəy Ağayev
Hüseyn Allahyarov
-66 kq.
Ruslan Paşayev
Rəşad Yelkiyev
-73 kq.
Rəşid Məmmədəliyev
Nəriman Mirzəyev
-81 kq.
Zelim Tçkayev
Ömər Rəcəbli
-90 kq.
Murad Fətiyev
Musa Hüseynli
+100 kq.
İmran Yusifov
Uşanqi Kokauri
İdmançılarımıza uğurlar arzulayırıq!