ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Azərbaycan cüdoçuları Əbu-Dabi Böyük Dəbilqə turnirində iştirak edəcək

Azərbaycan cüdoçuları Əbu-Dabi Böyük Dəbilqə turnirində iştirak edəcək

Beynəlxalq Cüdo Federasiyasının təqviminə görə növbəti Böyük Dəbilqə turniri 24-26 oktyabrda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçiriləcək.

Üç gün davam edəcək turnirdə 82 ölkədən 472 cüdoçu medallar uğrunda mübarizə aparacaq. Azərbaycan cüdo üzrə milli yığma komandası yarışda 8 çəki dərəsində 10 kişi və 4 qadın idmançı ilə təmsil olunacaq.

Cüdoçular böyüklərdən ibarət yığmanın böyük məşqçiləri Mehman Əzizov və Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və böyük performans analitik Zaur Babayevin rəhbərliyi altında çıxış edəcək.


Qadınlar


-48 kq.

Leyla Əliyeva 


-52 kq. 

Gültac Məmmədəliyeva 

Aydan Vəliyeva 


-57 kq. 

Fidan Əlizadə


Kişilər


-60 kq. 

Rövşən Əliyev 

Əhməd Yusifov 


-66 kq. 

Kəramət Hüseynov 

Ruslan Paşayev 


-73 kq. 

İbrahim Əliyev 

Rəşid Məmmədəliyev 


-90 kq. 

Elcan Hacıyev 

Vüqar Talıbov 


+100 kq. 

Camal Qamzatxanov 

Uşanqi Kokauri 


İdmançılarımıza uğurlar arzulayırıq!