ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunda birinci yeri tutdu

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunda birinci yeri tutdu

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku turniri baş çatıb. 6-7 may tarixlərində  Göygöl Olimpiya İdman Kompleksində keçirilən yarışda Azərbaycan cüdoçuları 7 qızıl, 5 gümüş, 9 bürünc medal əldə edib.

Cüdoçularımız turnirin ilk günündə 6 qızıl, 5 gümüş və 5 bürünc medal, ikinci günündə isə 1 qızıl və 4 bürünc medala sahib olub. Azərbaycan yığması yarışda medal əyarına görə ümumi hesabda və oğlanlar arasında 1-ci yeri, qızlar arasında isə 2-ci yeri tutub.

İkinci günün medalçılarını təqdim edirik:


Oğlanlar


-81 kq. çəkidə 

Hüseyn Eyvazlı bürünc medal 


-90 kq. çəkidə 

Tuncay Şamil bürünc medal 


+90 kq. çəkidə 

Ramazan Əhmədov qızıl medal 

Rəsul Şəmədli bürünc medal 

Eldar Əliyev bürünc medal


İdmançılarımızı təbrik edirik!