ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Azərbaycan cüdoçuları Göygol Avropa Kubokunun ilk günündə 10 medal qazandı

Azərbaycan cüdoçuları Göygol Avropa Kubokunun ilk günündə 10 medal qazandı

4 mayda Göygöldə keçirilən yeniyetmələr arasında cüdo üzrə Avropa Kuboku turnirinin ilk günündə Azərbaycan cüdoçuları 2 qızıl, 1 gümüş və 7 bürünc medal əldə edib.

Qeyd edək ki, qızların yarışında -40 kq., -44 kq., 48 kq. və -52 kq. çəki dərəcəsində oğlanların yarışında isə -50 kq., -55 kq., 60 kq. və -66 kq. çəki dərəcələrində medalçılar bəlli olub.

Qalibləri təqdim edirik: -50 kq. çəkidə Məhəmmədəli Hüsiyev qızıl medal -55 kq. çəkidə Nihad Məmişov qızıl medal -60 kq. çəkidə Fərid Qarayev gümüş medal, Özqan Quliyev bürünc medal -66 kq. çəkidə Ramil Mahmudov və Səlim Sultanov bürünc medal -40 kq. çəkidə Xədicə Abdullayeva bürünc medal -44 kq. çəkidə Leyla Ələkbərova bürünc medal -52 kq. çəkidə Aysun Məmmədova və Səmayə Yusifli bürünc medal.

Cüdoçularımızı təbrik edirik!