ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Azərbaycan cüdoçuları Malaqa Avropa Kuboku turnirində 3 medal əldə etdi

Azərbaycan cüdoçuları Malaqa Avropa Kuboku turnirində 3 medal əldə etdi

20-21 mayda İspaniyanın Malaqa şəhərində keçirilən gənclər arasında Avropa Kuboku turniri keçirilib. 

Azərbaycan cüdoçuları yarışın ilk günündə 1 qızıl və 1 bürünc medal qazanıb. Turnirin ikinci günündə isə +100 kq. çəkidə Kənan Nəsibov gümüş medala layiq görülüb. -81 kq. çəkidə Ömər Rəcəbli yarışı 5-ci yerdə başa vurub.

Cüdoçularımız turnirdə ümumilikdə 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanaraq oğlanlar arasında dördüncü, ümumi komanda hesabında beşinci yeri tutub.

İdmançılarımızı təbrik edirik!