ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Azərbaycan cüdoçuları Odivelas Qran Pri turnirində iştirak edəcək

Azərbaycan cüdoçuları Odivelas Qran Pri turnirində iştirak edəcək

Azərbaycan cüdoçuları 26-28 yanvarda Portuqaliyanın Odivelas şəhərində keçiriləcək Qran Pri turnirində iştirak edəcək. 

Üç gün davam edəcək turnirdə 93 ölkədən 660 idmançı medallar uğrunda mübarizə aparacaq. Azərbaycan cüdo üzrə milli yığma komandası yarışda qadınlar və kişilər arasında 9 çəki dərəsində 16 idmançı ilə təmsil olunacaq.

Cüdoçular böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyüklərdən ibarət yığmanın böyük məşqçisi Elçin İsmayılov, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və qadınlardan ibarət yığmanın məşqçisi Elnur İsmayılov rəhbərliyi altında çıxış edəcək.


Qadınlar 


-48 kq.  

Könül Əliyeva 


-52 kq. 

Aydan Vəliyeva 

Gültac Məmmədəliyeva 


-57 kq. 

Fidan Əlizadə 

Acelya Toprak


Kişilər


-60 kq. 

Balabəy Ağayev 

Turan Bayramov 


-66 kq. 

Yaşar Nəcəfov 

Kamran Süleymanov 


-73 kq. 

Rəşid Məmmədəliyev 

Nurlan Osmanov


-81 kq. 

Səid Mollayi 

Zelim Tçkayev 


-90 kq. 

Elcan Hacıyev 

Vüqar Talıbov 


+100 kq. 

Uşanqi Kokauri


İdmançılarımıza uğurlar arzulayırıq!