ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Azərbaycan cüdoçuları Paris Böyük Dəbilqə turnirində iştirak edəcək

Azərbaycan cüdoçuları Paris Böyük Dəbilqə turnirində iştirak edəcək

Beynəlxalq Cüdo Federasiyasının təqviminə görə növbəti Böyük Dəbilqə turniri 3-4 fevralda Fransanın paytaxtı Paris şəhərində keçiriləcək.

Üç gün davam edəcək turnirdə 110 ölkədən 661 cüdoçu medallar uğrunda mübarizə aparacaq. Azərbaycan cüdo üzrə milli yığma komandası yarışda kişilər arasında 5 çəki dərəsində 9 cüdoçu ilə təmsil olunacaq.

Cüdoçulara böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Slavko Tekiç və Rüstəm Alimli rəhbərlik edəcək.


-60 kq. 

Nazir Talıbov 

Əhməd Yusifov 


-73 kq. 

Rəşid Məmmədəliyev 

İbrahim Əliyev 


-81 kq. 

Zelim Tçkayev 

Səid Mollayi 


-90 kq. 

Vüqar Talıbov 

Elcan Hacıyev 


+100 kq. 

Uşanqi Kokauri


İdmançılarımıza uğurlar arzulayırıq!