Azərbaycan cüdoçuları Podçetrtek Avropa Kubokunun ilk günündə 5 medal qazandı
15 iyunda Sloveniyanın Podçetrtek şəhərində keçirilən cüdo üzrə böyüklər arasında Avropa Kuboku turnirində Azərbaycan cüdoçuları 2 qızıl, 1 gümüş və 2 bürünc medal əldə edib.
Turnirin ilk günündə kişilər arasında -60 kq., -66 kq. və -73 kq. çəki dərəcələrində 9 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.
-60 kq. çəkidə
Rövşən Əliyev bürünc medal qazanıb.
-66 kq. çəkidə
Nazir Talıbov qızıl medal, Rəşad Yelkiyev bürünc medal əldə edib.
-73 kq. çəkidə
final görüşündə iki cüdoçumuz Kamran Süleymanov və Nəriman Mirzəyev qarşılaşıb. Nəticədə Nəriman Mirzəyev qızıl, Kamran Süleymanov isə gümüş medal əldə edib. İbrahim Əliyev 5-ci, Rüfət Şölətov isə 7-ci yerlə kifayətlənib.
İdmançılarımızı təbrik edirik!