ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Azərbaycan cüdoçuları Riqa Avropa Kubokunda birinci yeri tutdu

Azərbaycan cüdoçuları 21-22 oktyabrda Latviyanın paytaxtı Riqa şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kuboku turnirində 4 qızıl, 3 gümüş və 5 bürünc medal əldə edib. Cüdoçularımız yarışda medal əyarına görə ümumi hesabda və oğlanlar arasında birinci yeri tutub.

İki gün davam edən yarışda Azərbaycan oğlanlar arasında 7 çəki dərəsində 16 cüdoçu ilə təmsil olunub. 

Cüdoçularımız turnirin ilk günündə 3 qızıl, 1 gümüş və 3 bürünc medal əldə edib. Turnirin ikinci günündə oğlanlar arasında -73 kq., -81 kq. və +90 kq. çəki dərəcələrində 7 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.

-73 kq. çəkidə Cəsur İbadlı yarışın bürünc medalına sahib olub. Eyni çəki dərəcəsində yarışan digər cüdoçumuz Əhməd Mehdiyev 7-ci yerdə qərarlaşıb.

-81 kq. çəki dərəcəsində Əli Qazıməmmədov gümüş medal, Mehdi Abbasov isə bürünc medal qazanıb.

+90 kq. çəkidə final görüşündə iki cüdoçumuz Sübhan Axundov və Rəsul Səmədli qarşılaşıb. Nəticədə Sübhan Axundov qızıl medal əldə edib.

İdmançılarımızı təbrik edirik!