ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Azərbaycan cüdoçuları Tbilisi Böyük Dəbilqə turnirində iştirak edəcək

Azərbaycan cüdoçuları Tbilisi Böyük Dəbilqə turnirində iştirak edəcək

Beynəlxalq Cüdo Federasiyasının təqviminə görə növbəti Böyük Dəbilqə turniri 22-24 martda Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçiriləcək. Üç gün davam edəcək turnirdə 83 ölkədən 548 idmançı iştirak edəcək. Azərbaycan cüdo üzrə milli yığma komandası yarışda qadınlar və oğlanlar arasında 9 çəki dərəsində 15 cüdoçu ilə təmsil olunacaq.

Cüdoçulara mötəbər yarışda böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Slavko Tekiç və Rüstəm Alimli və qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov rəhbərlik edəcək.


Qadınlar


-48 kq. 

Leyla Əliyeva 


-52 kq. 

Gültac Məmmədəliyeva 


-57 kq. 

Acelya Toprak 

Fidan Əlizadə



Kişilər


-60 kq. 

Balabəy Ağayev 

Turan Bayramov 


-66 kq. 

Ruslan Paşayev 

Rəşad Yelkiyev 


-73 kq. 

İbrahim Əliyev 


-81 kq. 

Məhərrəm İmamverdiyev 

Ömər Rəcəbli 


-90 kq. 

Elcan Hacıyev 

Vüqar Talıbov 


+100 kq. 

Uşanqi Kokauri 

Camal Qamzatxanov


İdmançılarımıza uğurlar arzulayırıq!