ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Azərbaycan cüdoçuları Tbilisi Böyük Dəbilqə turnirində iştirak edəcək

Azərbaycan cüdoçuları Tbilisi Böyük Dəbilqə turnirində iştirak edəcək

Beynəlxalq Cüdo Federasiyasının təqviminə görə növbəti Böyük Dəbilqə turniri 24-26 martda Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçiriləcək. Üç gün davam edəcək turnirdə 62 ölkədən 400-dən çox idmançı iştirak edəcək. Azərbaycan cüdo üzrə milli yığma komandası yarışda 9 çəki dərəsində 13 cüdoçu ilə təmsil olunacaq.

Cüdoçulara mötəbər yarışda Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli başda olmaqla performans direktoru Mark van der Ham, böyüklərdən ibarət yığmanın böyük məşqçisi Mövlud Mirəliyev və qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov rəhbərlik edəcək.

Yarışda ACF-in “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.


Kişilər


-60 kq. 

Kəramət Hüseynov 

Turan Bayramov 


-66 kq. 

Kamran Süleymanov 


-73 kq. 

Rəşid Məmmədəliyev 

Nəriman Mirzəyev 


-81 kq. 

Rüstəm Orucov 

Elcan Hacıyev 


-90 kq. 

Vüqar Talıbov 


+100 kq. 

Camal Qamzatxanov


Qadınlar


-48 kq. 

Leyla Əliyeva 


-52 kq. 

Gültac Məmmədəliyeva 

Aydan Vəliyeva 


-57 kq. 

Fidan Əlizadə