ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Azərbaycan cüdoçuları Telavi Avropa Kubokunun ilk günü 1 qızıl və 2 bürünc medal qazandı

Azərbaycan cüdoçuları Telavi Avropa Kubokunun ilk günü 1 qızıl və 2 bürünc medal qazandı

27 apreldə Gürcüstanın Telavi şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa Kubokunun ilk yarış günü keçirilib.

Cüdoçularımız turnirin ilk günündə 1 qızıl və 2 bürünc medal əldə edib.

Yarışın ilk günündə Azərbaycan oğlanlar arasında 4 çəki dərəcəsində 9 cüdoçu ilə təmsil olunub.

Cüdoçularımız Məhəmməd Rüstəmli (-50 kq.) qızıl medal, İlkin Qarayev (-55 kq.) və Əli Hümbətov (-66 kq.) bürünc mükafat qazanıb. Teymur Gülməmmədov (-50 kq.) və Fəxri Sahibzadə (-66 kq.) yarışı 5-ci yerdə tamamlayıb. Cüdoçulara yeniyetmələrdən ibarət milli yığma komandanın məşqçisi Nicat Şıxəlizadə rəhbərlik edir.

İdmançılarımızı təbrik edirik!