ajf text
ajf text
ajf text
ajf text
ajf text
Bg image

Azərbaycan cüdoçuları Tokio Böyük Dəbilqə turnirində iştirak edəcək

Azərbaycan cüdoçuları Tokio Böyük Dəbilqə turnirində iştirak edəcək

Beynəlxalq Cüdo Federasiyasının təqviminə görə növbəti Böyük Dəbilqə turniri 2-3 dekabrda Yaponiyanın paytaxtı Tokioda keçiriləcək.

İki gün davam edəcək turnirdə 88 ölkədən 536 cüdoçu medallar uğrunda mübarizə aparacaq. Azərbaycan cüdo üzrə milli yığma komandası yarışda 8 çəki dərəsində 13 kişi və 1 qadın idmançı ilə təmsil olunacaq.

Cüdoçularımıza Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli başda olmaqla böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçi Elçin İsmayılov və qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov rəhbərlik edəcək.


Qadınlar


-57 kq. 

Acelya Toprak


Kişilər


-60 kq. 

Balabəy Ağayev 

Nizami İmranov 


-66 kq. 

Yaşar Nəcəfov 

Kamran Süleymanov 


-73 kq. 

Hidayət Heydərov 

Rəşid Məmmədəliyev 


-81 kq. 

Səid Mollayi 

Zelim Tçkayev 


-90 kq. 

Murad Fətiyev 

Vüqar Talıbov 


-100 kq. 

Zelim Kotsoyev 


+100 kq. 

Ramazan Əhmədov 

Uşanqi Kokauri


İdmançılarımıza uğurlar arzulayırıq!